Bu musiqi altındaArasında qollarınınƏn böyük arzuma yetərəkÖlə bilərdim –qoynunu əvəz edən,məni bu qollar kimiquca bilənüç arşın yer olsaydı.

Dünyanın ən gözəldodaqlarındanEşidərək dünyanınən dadlı sözlərinibir xoşbəxtlik içindəyuma bilərdim gözlərimi –gözlərinə bənzər bir ulduznə vaxtsa baxa bilsəydiqəbrimə göylərdən...

Bu bal nəfəsinəqatardım son nəfəsimi –min il sonra dakeçə bilsəydi üstümdənona bənzər bahar nəsimi......Gəlsəydi ağrılarlaBu musiqinin bir xalı,Mələklərin sifətindəcanlansaydı camalın,Allahın cənnətiqaytara bilsəydikiçicik bir zərrəsinibu məhəbbətin –Yavrum, işığım, ruhum,bir telinin hənirincəxatirəni apara bilsəydim –ömrün mənası kimisevinclə qarşılardımBu qaçılmaz qədəri.Bir nəfəsə içərdimölüm adlı zəhəri.

28.II.1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets