Rüzgarlı bir gündə qaldıq baş-başaBiz də bir həsrətin uzaq səsiydik.Bir ömür yol gəlib bu günə doğruBir qəm dastanını bitirəsiydik.

Dünya okeantək çalxalanmada,Bu başsız tufanda evin bir ada.Nə yaxşı zülmətdə bir işıq yanır,Yanır – xilaskarım olan bir adam.

Daha ayrılıqlar gülməsin əbəs,Xoşbəxtəm öz dünyam genişsə, darsa!Yüz-yüz tufan olsun vecimə gəlməz,Ürəkdən tikilmiş adamsız varsa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation