Boş qalmış yuvalara dəyməyin
Dəyməyin bu boş qalmışyuvalara, dəyməyin...Balaları uçub gedib,Kim bilir qayıda, ya qayıtmaya.Bala xatirəsinə necə qıyırsınız,Bala xatirəsini oyatmayın...
Dəyməyin bu boş qalmışyuvalara, dəyməyin,Uzaq, qürbət ellərdəSümükləri sızlar quşların.Ləkələrin biz-biz durar,bir çöp düşsə yuvalarından.Gedib çatar onlaradağılmış yurdların fəryadı.
Yuvanın nə günahı?Asılıb öz yerindənNə gələnə söz deyir,nə gedənə daş atır...
Dəyməyin bu boş qalmışyuvalara, dəyməyin...Nəğmələri pərvazlanardı bir vaxtqanad-qanad.Sarı dimdikləri uzanardı günəşə.Yellənərdi yarpaq yelpikləritel-tel, ilmə-ilmə.Belə yuvadan biriuzaq kənddə sızlayanöz evimiz deyilmi?
Dəyməyin, bu boş qalmışyuvalara, dəyməyin,Yarpağı tökülüb yan-yörəsindən,Fikri köçən quşlarlauçub gedib uzağa.Kimsəsizin üstünəşimşək gülər, qar yağar...Dəyməyin, bu kimsəsizyuvalara, dəyməyin...Xəzan yatır balaların yerində,şaxta da yatacaq, külək də...Arsız, qara qarğalardurnanın boş evinəsevinib güləcək də...Çılpaqlaşmış ağaclarutanacaq açılanda gizlənci.Yuvanı yelə vermək istəyəcəkgecə-gündüz, gizlicə.Ancaq olmaz dağıtmaqonudaş atılmasa,
Ağacların kökündəocaqlar çatılmasa...Dəyməyin bu kimsəsizyuvalara, dəyməyin!Payız əbədi deyil,gəlib keçəcək qış da.Bir gün köçəri quşlargələcəklər dalıncao köhnə yuvalarınXırda qış ürəyinitərk etməyən ilqarın.Uçacaqlar çox taxtaevciklərin yanından,Gəzəcəklər köhnəlmişçör-çöp yuvalarını,Öz quş babalarınınbaşladığı mahnınıdavam etdirmək üçünbaşa yetirmək üçün...Sındırılası yumurtası,boğazlanası balası yox,Əlinizdən neyləsinsəsi yox, naləsi yox.Öyməyin özünüzü,gücünüzü öyməyin.Dəyməyin, bu sahibsizyuvalara dəyməyin!..
Peredelkino, 20.X.1979
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bos-qalmis-yuvalara-deymeyin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,