Dağların başında, qəm dumanındaSirrinə sığınan qalaça – anam.

Ruhum yaşadıqca, sözüm durduqcaSözümün canıtək qalacaq anam!

Yüz nəvə dilində adı hallanan,Yüz evə paylanan balaca anam!

Közü ürəyimdə mənimlə gəzənGünəşin parçası – gur ocaq anam!

Zəngin sarayların böyük dərdindənGələrəm komana əlaca, anam!

Dünyada nə qədər yüksəklik gördümBütün zirvələrdən ən uca anam!

Yurdun nəğmələri ağıya dönüb...Sevinc laylamızı çalacaq anam!

Övlad qayğısıyla payıza dönənNəvə gəlişinə gül açan anam!

Dünyanın məhvəri nədir sorsalarMin dəfə deyərəm anam, can anam!..

İyun, 1994

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets