İllər ayrıcında
İllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcındaZirvədən boylanan yolçular kimi,Baxıram bir ömrün yoxuşlarına,
Susuz çöllərinə, vədələrinə,Baxıram sabahın ümid közərdən,İlğıma bürünən vadilərinə.Nə daş-tərəzi var, nə ölçü-mizan,Nə tənbeh eləyən, nə günah yazan...
Yüz il də ötüşdü, min il də belə!Mən də yollardayam min ildi belə!
Min ildir dünyayla yumruq-yumruğaSavaş içindəyəm baharla, qışla.Tarixin yolları – ömür yoldaşım,Çadırım göylərdi – ulduz naxışla!Min nəğmə qoşmuşam, sədası haqdanSaldığım bağçalar çiçək-çiçəkdir.Kimə əl uzatdım yüzbudaq olduAncaq öz ürəyim yenə də təkdir!
Onsuz da bilinməz dəyəri ömrün,Nə fərqi il gedir yaşımın üstənBaş altda bu yurdun dedi-qodusu,Bir də haqqı görən başımın üstə!
Ayrı bir dünyaya səsləyir yollar,Qoyduğum nə oldu, apardığım nə...Məni öz hökmünə bağlayan daTapşırdım Tanrının mərhəmətinə!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-iller-ayricinda
Use ← → keys to move, R for a random poem
More by this author
Qul olmağa yarandınsaQul ol... sənə sözüm yoxdur.
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Aydın Məmmədovun dəfn günündəYarıldı yerin köksü – əbədiyyət qapısı,Qəbirstanlıq yolları dolub-daşdı adamla.
Xəlil Rzaya mərsiyəQırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.
Poems by other poets · Nature and spring
چه سرودیست که اینمرغ خوش الحان آوردمژده باد بهاری بگلستان آورد
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
MənSəyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.