Yarıldı yerin köksü – əbədiyyət qapısı,Qəbirstanlıq yolları dolub-daşdı adamla.Ağ kəfənə çiləndi ağ buludun göz yaşıBaharın ilk yağışı...cəmi beş-altı damla!

Söndü Allah ocağı – bir ürək yarı yolda,Daha ona nə fərqi – ya alovlan, ya yanma?Göz yaşları sel olsun bu zaman ümmanında –Udulub gedəcəkdir...cəmi beş-altı damla!

Budaqdan çırtıq-çırtıq qalxır kövrək yarpaqlar,Ağır buludlara bax – üzüb gedir nizamla,Köhnə qəbirstanlıqda mamırlanmış baş daşıMin ilin yadigarı, –cəmi beş-altı damla.

Deyilməmiş sözümüz, yazılmamış yazımız,Allahın sir-boğçası – daşa dönən ilhamla.Zamana qarışacaq!Qazancımız nə imiş? –Vaxt tapıb dediyimiz...Cəmi beş-altı damla.

Meydanlar, çayxanalar – sözün bülöv daşları,Dostların işığına uçduğumuz axşamlar...Hərə vəhşi dərdini salıb ürək qəfəsə,Sevinci dil ucunda –cəmi beş-altı damla.

Yaşıla çalan gözlər, gizli qəm burulğanı,Ölümün o üzündən yenə bizi salamlar!Deyər ki, millətimiz göyərəcək içindənSuyunu Tanrı versə –cəmi beş-altı damla!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring