Ey kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,Göydən yağdı, yerdən bitdi, saraldı,Daşdı sel, əridi qar, gəldi-getdi.

Xəzan yetdi gülə, bülbüllər ağlar,Pozuldu bostanlar, üzüldü tağlar,Bağbanlar əl çəkdi, boş qaldı bağlar,Töküldü meyvələr bar gəldi-getdi.

Arzularım mən bir doğru həqiqət,Əzilib füqəra, sahibsiz millət,Biçarə Qurbanam, çəkdim əziyyət,Ayım, günüm, ahü zar gəldi-getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring