Mərhəmət umuruq özgələrindən,Ələ baxan olub bu boyda Vətən!Çörəyi kənardan, suyu kənardan,Məsləki kənardan, boyu kənardan.Bu çay damarıma qan vuran gərək,Bu qala-evimi qaldıran gərək!

Nə oldu, qollarım boşaldı birdənQaşığı ağzıma aparammıram,Alaq çoxalıbsa – məşvərət gərək,Onu da müstəqil qoparammıram!

Gəlir pulla birgə, pulla alınan,Xaric istehsalı – çalan, çalınan.Elə bil kişilər taqətdən düşüb,Elə bil qadınlar qısırlaşıbdı.Çirkə, zibilliyə itən yerimizÖzgə əllərində qızıllaşıbdır!

Gözümün nuruna alır reklamlar,Əcnəbi məxrəcli bu adlar şirin.Lap elə yüzünün altından çıxsınXarici markalı arvadlar şirin...

Silah məktəbimiz olmayıb, bəlli,Bəs sevgi məktəbi, bəs söz, bəs ürək?Min ildi bu torpaq bizi yemləyir,Onun dilini də yad öyrədəcək?!

Əxlaq da xarici, söz də xarici,Ekranla ölçürlər keflərimizi.Bənnam, daşyonanımiş marağındaTikən əcnəbidir evlərimizi!..

“Sən Allah, gəl mənim neftimi apar,Beş qəpik borc versən mənə dərmandır,

Qızıma bir hesab, oğluma bir ev,Sonra Azərbaycan sənə qurbandır!”

İtə də bir sümük, quşa da bir çöp,Anadan doğulan körpəmiz borclu.Millətin taleyi – özgə əlində,Borc alan başqası,amma biz borclu!

Hamımız köhnənin bilyard sevəni,Bu qandal ciblərdə əlimiz iflic!Təsəlli zirvəmiz namus sözüydü,Zirvədən düşəndən dilimiz iflic!

Yaman çəkinirəm oyun sözündən,Qoyunu hər çoban otaracaqdır.Şuşanı, Laçını...bazar əhlinəƏcnəbi mərhəmət qaytaracaqdır?!

Peşəsi diz çöküb yalvarmaq olan,Kişi mərhəmətsiz ölsə yaxşıdır.Əcnəbi payına göz dikən xalqınPayı Əzrayıldan gəlsə yaxşıdır!

3.II.1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets