Dünya gözəldi ancaq...
Dünya gözəldi ancaq, xəyanətkar gözəldi,Fitnədi başdan-başa sözüylə işvəsiylə.Neçəsinin fikrində ümid toxumu əkir,Birisinin haqqını bölüşür neçəsiylə.Cənnətin filialı, ancaq ürəyi bumbuz,Verdiyi bircə tikə, almaq istəyi sonsuz.
Hamı onun quluymuş ağıyla, qarasıyla.Hamını ala bilir zoruyla, parasıylaBir milyon qaçqınımı kor gözü görməz ikən,Bir ovuc düşmənimə yanıb təəssüb çəkən,Yurdumu zəbt edənin ağ yalanı ona haq,Ya bizi sarsaq bilir, ya da özüdür sarsaq!
Məni soyur, talayır qatillərə pay verir,Yüz məscid inildəsin, kilsəyə haray verir!Bizim qanımız suymuş, alidir bunun qanı,Bunlar təcrübə yapan, biz təcrübə siçanı?
Dünya gözəldir, dedim? Bu gözəllik yalandı!Mələk cildi geysə də mahiyyəti ilandı!
Yenə Səlib yürüşü, yenə də din davasıSivil dövlət, parlaman, – Vatikan aftafası!
Od vurub, yağ da tökür, görsün necə yanıram.Bu Allah əmridirsə, Allahı da danıram!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-dunya-gozeldi-ancaq
Use ← → keys to move, R for a random poem