Buludlar qalaq-qalaq,Tökülər quru yarpaq.Payızdır: “Qanlı payız”El köçüb, sönüb ocaq.

Su axmaz zinə-zinə,Qan axır su yerinə.Ellərə divan tutur,Amansız düşman yenə.

Ortanı zülmət basdı,Evlərdə indi yasdı.Dan yeri ağararkənCəllad beş igid asdı.

Göydəkən rəbi-qadir,“Kölgəsi yerdə gəzir”,Əfiyun dərvişlərəAzəri olmuş əsir.

Tozludur Təbriz yolu,Şeytanla yurdlar dolu.Zəncirlər dəmirdənsə,Poladdı elin qolu.

Desə də tufan qan-qan,Çəkinmə qaranlıqdan!Dur, qızıl məşəl yandır,Görsə od, qaçar şeytan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring