Bakı
Məmməd Araza
Gözü oyun gəzir, eyş-işrət gəzir,Qanımız batdıqca qan udur Bakı.Bazar havasında, pul işığındaŞuşanı, Laçını unudur Bakı.
Düşmən əlindəykən yüz-yüz istehkam,Xalqa lay-lay deyir bu qoca ehkam!
Gapçısı, gopçusu başına bəla.Vətən nə vecinə kürsüsü varsa.Hər gün qanımıza zəhər yeridənHərzəsi, mirzəsi, gürzəsi varsa!
Cənabı züy tutan, bəyi züy tutan,Məclisi millətə azar-dərd Bakı.Erməni şırmanır cıdır düzündəSən necə yatırsan, ay namərd Bakı!
Acların ovcunda ağzının dadı,Evsizin könlündə sınan vüqarın.Çöldə qum yeyirsə xalqın övladıNecə ucaldırsan bu sarayları.
Rus verib yerini ingilis alan,Bir pisin yerinə başqa pis alan.Qucaqsız yaşaya bilməyən Bakı,Qarabağ öləndə ölməyən Bakı!
Bu dəli sevdaya ruhumuz əsir,Nə dedi öyrəşdim, tozundan başqa,Bu necə şəhərdi, hamını sevir,Hamını bəyənir özündən başqa.
Toyxana, meyxana, benzin-iç, bəzən,Milyonçu millətə qul payı vermir.Alıb ömrümüzü dəyər-dəyməzəBir qəbir yerini havayı vermir.Bir ocaq yerini, ilham yerini,Bir dua yerini, bir şam yerini,Bir ölüm yerini havayı vermir.
Burda ürəyimi sıxdım hər daşa,Daşlar duyğuluydu qardaşımızdan.Bakı nə bilsin ki, Xəzərlə qoşaAyrı bir göl də var göz yaşımızdan.
Kim gəldi keçirtdi yuxarı başa,Özünkü qürbətdə, çörək peşində.Düşməni unudub mənnən savaşanNiyə qopa bilmir bu vərdişindən.
Ağ evin gözləri qara bazardaQara bazarların başı Ağ evdi.Neçə birincini girinc elədiYenə dəyişməyən naşı, Ağ evdi.
Bakı-Ceyranbatan şəkilli kitab,Bir yola sığışan yurdlarım hanı?Bir milyon qaçqının ürəyi kababNeynirsən bu qədər kababxananı?
Qədəhlər toqquşur silah yerinə,Dünyaya od verib quruyan Bakı!İtən torpaqlara mahnılar qoşubTəkcə öz-özünü qoruyan Bakı!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-baki
Use ← → keys to move, R for a random poem