Özün bilirsən ki, mənim kimimsən,Uzaq mənzillərə üzən gəmimsən.Gəlib-gedənimsən, yol ötənimsənHər yoldan ötənə yuva nə gərək?

Deyirsən: bəxtimsən, əlimdən uçan,Deyirsən: ovumsan, bərəmdən qaçan.Belə ki, qorxursan ayrılığımdan,Günəş də doğmağa yubana gərək.

Ömür səfər üstə – yol dəstələnmiş,Deyilmiş son kəlmə – göz həlqələnmiş,Bunca ki sinəmə yaşlar ələnmiş,Quru kötüyüm də pöhrələnəcək!..

18.IX.1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets