Ölümün görüşünə gedən qız
Elə dünən ömrününbahar çağıydı.Elə dünən bu gözlərdünyanın ən qaynar bulağıydı,Qoluma girdin,bir addım geri durdum,utanıb adamlardan,İndi daha sən yoxsan,Yoxum, yox olanım, can!
Dünən saçların bulud,qarışırdı küləkdə.“Yalvarıram, ay qardaş,bir az özünü qoru!” –danışırdın ürəkdən.Nə sevgini gizləyirdin,nə gözünün yaşını.Ən şirin görüş yerindənüstün tuturduntonqalların başını.Mən özümü qorudum,ya da Allah, təsadüf,ya da ki xeyir-duan...Məni qoruyanım, can!
Elə dünən səsindəəbədiyyət karvanınınzınqırov cingiltisi,Elə dünən köksündədünyanın ən böyük sevgisi,Gözün keçilməz dəniz,Alnın ay kimi təmiz,Yad nəfəsi duymamış,Nəvazişə uymamışzərif dağ çiçəyiydin,Bir ömrün yaraşığı,əhdi, gələcəyiydin...Səni ayrı sevgiydixoşbəxt edən, uçuran.Öz eşqinə baş vuruborda boğulanım, can!
Heç kimin açmadığı yaxanı güllələr açıb,Qönçə döşlərinin arasındaaçılıb qızıl güllər.Ancaq üzün xoşbəxtdi...Yarıyumulu gözünöz əhdinə yetəntəkyenə duyğulu, gülər...Açmısan öz sinəni yurdun azadlığına,Süngünün öpüşünə,güllənin dodağına!
Bu gündən bu yarayabütün dünya baxası,Bu gündən qanlı yaxanmələklərin yaxası...Ana olmamış anasan –övladların
yaralarından doğulacaq,Süd əvəzinə qisas içirəcəksən onlara,südündə düşmən boğulacaq!..
Elə dünən ömrününbahar çağıydı,Elə dünən qayğımı çəkirdin –körpə ağlınla ağıl öyrədirdin mənə...Elə dünənilk sevginə doğru yol gedirdin,Ömründə bircə dəfə vəfasız çıxdın –Getdin... sevgilinin yox,Ölümün görüşünə...
26 yanvar 1990
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-olumun-gorusune-geden-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı meydanlarındaHeykəl-şairlərin
Bir səsin gücüBir rəsmi məclisdə ana dilimizdə kəlmə kəsən olmadı. Təkcə təbrikə gələn uşaqlardan biri iki bənd şeir dedi...*Boynu qalstuklu körpə çiçəyim,
Yığıblar üzümüzüÇingiz Əlioğlu və Nüsrət Kəsəmənliyə*Qaymaq bağlayan kimi
Özünü öymürBulaq nəğmə deyir,sözünü öymür.