Bakı meydanlarındaHeykəl-şairlərinboynu bükülü.Üzlərinə tariximinqəmi çəkilib.Nizamiədalətli dünya axtarışında,qayğısı aşır başından...Nəsimidərisindən soyulsa da,hirsindən soyulmayıb.Öz heykəli qoyulsa da,haqqın heykəli qoyulmayıb!Zaman adlı ümmandaFüzuli – qəm adası.Sellənən göz yaşlarıfələyin bünövrəsiniyerindən oynadası...Səbuhinin başındabir əsrdi qar qalıb.Natəvanəldə qələm,dildə közağlar qalıb.Sabir oturub yenədərd tufanı içində.Keçir sonu görünməzqəhqəhənin, harayınod karvanı içindən.Yol üstdə fikrə dalıbnigarandı Nəriman,sirrini bizə deməz.Ürəyi ağrımışdı,el ağrısın istəməz!Vurğunun ağ saçları

küləklərin əlində."Sən mənimsən" sözlərioxa dönüb dilində,Cabbarlının yaxasısübh yelinə açılıb.Müşfiqin dövrəsindəgüllərə qan saçılıb....Yanırlar illər boyuyada da, qardaşa da.Düşünməyi, duymağıöyrədiblər daşa da.

Heykəltəraş olsaydımbir fəryad heykəli yaradardım.Şair babaların qəminiqəzəbin ayağı altına atardım.Deyərdim: bəsdi, atam,daş da əridi dərddən.Bu qədər ağlar vətəndaşınecə ovutsun vətən?

Heykəltəraş olsaydım,tarixi çəkərdim məhkəməyə.Sənət taxtına qonardım.Hər şairin yanındadərdinə ortaq olanbir qardaş heykəli də yonardım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets