Getmə
Al məni qollarına,Sal məni yollarına,Qat məni illərinəGetmə, ömrümdən, getmə!
Getdi dostlar, tanışlarÜstümü aldı qışlar,Ölüm təkləri xoşlarGetmə, ömrümdən, getmə!
Mehi sən, küləyi sən,Qəmi sən, gülməyi sən,Bu ömrün hər şeyi sən,Getmə, ömrümdən, getmə!
Dağlarım əriyəcək,Çaylarım kiriyəcək,Ürəyim çürüyəcək,Getmə, ömrümdən, getmə!
Ağacamsa çiçəksən,Süfrəyəmsə çörəksən,Sən yaşamaq deməksən,Getmə, ömrümdən, getmə!
22.I.1993
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-getme
Use ← → keys to move, R for a random poem