Barışa bilmirəm
Baxıram seyrəlir cərgələrimiz.Barışa bilmirəm bu yoxluq ilə.Ömrün payızından üzümə vuranÜrəyi donduran soyuqluq ilə.
Yoxuşlar üzümə dayanır hərdən,Ürəyim sinəmdə sözümə baxmır.Dünən yollarıma qurbanlar deyənMərhəmət göstərib üzümə baxmır.
Guya nə xoş sözə haqqımız qalıb,Nə də bir istəyə cavab verməyə.Özümüz bu yolu başa vurmamışBorcluyuq hamıya yol göstərməyə.
Hara boylanırsan, nəyə baxırsanÜstündə kiminsə daim gözü var.Bircə könlümüzdü öz əlimizdəOnun da yüz qanun müştərisi var.
Alnımın qırışı, saçımın ağı,İllərlə gözümə səssiz yağan qəmMənə söyləyir ki, yetişib çağın,Bayrağı zirvədən endirməliyəm.
Ehey, ürəyimə ay kimi doğan,Mən sənə yad gözlə baxan deyiləm,İşığın sirrimi vursun üzümə,Daha öz sirrimdən qorxan deyiləm.
Ruhuma elə bir sevinc gətirdin,Payız yellərinə qarışmaram mən.Nə qədər dünyada sənin eşqin varÖlüm yalvarsa da barışmaram mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-barisa-bilmirem
Use ← → keys to move, R for a random poem