Gecə, döyüşqabağı
Gecə, döyüşqabağı,səngərə çökdü sükut,Ürəyimdə sabaha –qələbəyə bir ümidMən baxdım dostlarıma...Sonra kibrit çıxarıbyandırdım tənbəkimi.Dalaraq düşüncəyəoxşadım əllərimləvəfalı tüfəngimi.Tənbəkinin ucundakim görürdü bu odu –Palıd gözü sanırdı.Ancaq onlar bilmirdiTənbəkidə deyil o,Ürəyimdə yanırdı!..Bu od, birdən çoxaldı...Dan sökəndə üfüqdəolub payız buluduİntiqamla, qəzəbləbiz düşmənin üstünəsəpələdik bu odu...Düşmən, elə sandı ki,yana-yana döyüşdəkülə dönüb solmuşam...Xeyr! O gün davadaMən odlardan yarananBir əfsanə olmuşam!.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-gece-doyusqabagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
ÖyüdEy oğul, olma hiç gidyə-tələb –Ki, gədalarda yoxdu şərmü ədəb.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,