Alnında çapıq yeri,Əllərin qabar-qabar.Görkəmində heç zamanVə heç kəsdə olmayanƏn möhtəşəm bir vüqar!Üstündə cəbhə tozu,Bir də barıt qoxusu,Gözündə səadətinSevimli parıltısı,Həm də hərbin qorxusu!..Bu hüsnünə baxıb mənSevdim səni ürəkdən,XX əsrim mənim!Bayrağının rəngi al,Qəlbində böyük amal;Keçmişin və indinin,Al günəşli sabahınÜmman dolu mənası, –Bir azadlıq dünyası!..Kamalında LenininKamalının şöhrəti!Qüdrətində İnsanınTükənməyən qüdrəti!..Seyr etdikcə, söyləSən,Nə gözəl, nə qəşəngsən,XX əsrim mənim!Oldun mənə bir anaSığınmışam qoynuna.Ən isti beşiyimsən,Evimsən-eşiyimsən,XX əsrim mənim!Sən – komandan,Mən – əsgər.Hər günün mənə səngər.Ömrümüz şirin, acı,Daddım hər ehtiyacı...Xoşbəxtəm! Səndən əvvəl,Və nə də səndən sonraDünyaya gəlmədim mən,Gəl, öpüm əllərindən,XX əsrim mənim!Çiynində ən ağır yük,Mənzil uzaq, dərd böyük!Dağları yara-yaraÇəkirsən karvanınıKommunizm dediyimizBir solmayan bahara,XX əsrim mənim!Sən gedirsən qovuşubBöyük əbədiyyətə!Tarix heyran qalacaqSəndəki ülviyyətə.İstəməyən getməsin,Qoy tərənnüm etməsinSənin bu calalını,Şeirə bənzər halını!..Ağır yollar boyuncaMən sənə sadiq qalıb,Mahnı qoşub saz çalıb,Fəxr edib övlad kimiŞöhrətinlə, şəninlə,Gedəcəyəm səninlə,XX əsrim mənim!XX əsrim mənim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets