Dan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,Mən göylərə baxıram,Göylər mavi bir atlaz!Torpaq mavi, su mavi!..Yarpaqlara düşüb şeh,Sünbülləri dindirirDağ döşündən əsən meh.Hər tərəfə yayıbdırÖz ətrini qızılgül,Qərənfilə, nərgizəVurğun olmuşdur könül.Çiçəklərə baxın siz;Biri yaşıl, biri ağ,Tutub piyaləsiniÖnümdə mavi zanbaq...Dalğalanır gözümdəBu rənglərin dəryası,Çiçəklərin dünyası!..Çiçəklər çox, rənglər çox...Bu həqiqət olsa da,Mənim şair könlümüGündə bir rəng alsa da,Hər rəngdən çox sevirəmBaharda aşıb-daşan,Qazları qaqqıldaşanGöllərimin rəngini;Dumanlı dağlarımın,Meyvəli bağlarımın,Ceyranları qaçışanÇöllərimin rəngini;Hər gün seyrə daldığım,Baxıb ilham aldığımÇəmənimin rəngini;Həmişə təravətli,Torpağı bərəkətli,Göyləri al günəşliVətənimin rəngini!Vətənimin rəngini!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring