Harda bir ocaq söndüDönüb o gün bir şamaOrda yandı ürəyim!Kim düşdü fəlakətə –Özünü fəlakətdə,Odda sandı ürəyim!Dünən döyüş zamanı –Düşmənə qılınc oldu,Dosta qalxan ürəyim!Ömrü boyu sevmədi,Sevmədi müharibə,Sevmədi qan ürəyim!Yetimlərə bir ata,Qardaşsız bacılaraOldu qardaş ürəyim!Çəkib əsrin yükünüÖz çiynində... ƏsriməOldu sirdaş ürəyim!..Amma nədəndirsəMacal tapıb mənimləTək qalmadı ürəyim!Sığallayıb başımı,Kölgəsini üstüməHeç salmadı ürəyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets