Ey boz çinar, xan çinar
Bu dünyaya gələndənGöz açıb səni gördüm,Ey boz çinar, xan çinar!Şair olub könlümüMən ancaq sənə verdim,Ey boz çinar, xan çinar!Gecələr ay doğanda,Hüsnündəki yaraşıqÖmrümə yaraşıqdır;Dan söküb, gün çıxandaÜstündəki hər işıqGözlərimə işıqdır,Ey boz çinar, xan çinar!Keçmişləri ananda,Xəyal çatır dadıma.Nədəndirsə Nizami,Vazeh düşür yadıma,Ey boz çinar, xan çinar!Sən bu qədim GəncəninƏn vəfalı yarısan,Cən bizim babalarınSınmayan vüqarısan,Ey boz çinar, xan çinar!Mən durduqca, sən beləDaim gözəl olub qal.Ölsəm, qəbrimin üstəBir qırmızı yarpaq sal,Ey boz çinar, xan çinar!Bir yarpaq sal... Orda daMən görüm işıltını,Ey boz çinar, xan çinar!Bir yarpaq sal... Orda daEşidim xışıltını,Ey boz çinar, xan çinar!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-ey-boz-cinar-xan-cinar
Use ← → keys to move, R for a random poem