Bir ağ göyərçin kimi ovcumun içindəSıxılmışdır əllərin sənin!Nə incə, nə qəşəngdir,Sanki bir ağ çiçəkdir –Əllərin sənin!Gözlərimə qonanda ayrılığın kədəri –Qəlbim sənsiz vurmayır;Vüsalına yetəndə unuduram qəmləri,Könlüm qərar tutaraq bir nöqtədə durmayır.Ömrümə rövnəq verənBir həyatdır əllərin sənin!Qonub çiyinləriməMəni göyə qaldıranBir qanaddır əllərin sənin!Sən sevgilim,Qadınım,Kommunist yoldaşımsan;Sən ən ağır günlərdəVəfalı sirdaşımsan!Dünən,Mən,Alovlardan keçərkənMənimlə tüfəng tutduDöyüşdəəllərin sənin!Oldu mənə bir arxa,Oldu mənə bir həmdəmhər işdə əllərin sənin!Əllər – zəhmət,Əllər – dostluq,Əllər – bir saf məhəbbət,İnan, olacaqdır hər zamanMənimlə əllərin sənin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets