Dağların dağa bənzər!Yanıq bağrın nə qaradır,Qara dəniz!Qara dəniz!Aç dərdini mənə söylə,Qəlbindəki nə yaradır!Qara dəniz!Qara dəniz!O, burada oturardı...Dirsəklənib bax, bu daşa,Eyləyərdi bu göylərə,Bu yerlərə hey tamaşa.Qara dəniz!Qara dəniz!Ürəyində Anadolu...Bir də dünya çiçək-çiçək.Yorularmı xəyallardanVurğun şair, vurğun ürək?Qara dəniz!Qara dəniz!Sən dalğalı... Mən pərişan...İki canda bir canıq biz,Heç olarmı buna dözmək:Sən Nazimsiz, mən Nazimsiz!Qara dəniz!Qara dəniz!Sularını sarğı edibQoy yaramı bağlayım mən,Qara dəniz!Qara dəniz!Baş qoyaraq dizlərinəQoy doyunca ağlayım mən,Qara dəniz!Qara dəniz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring