Ən yüksək zirvəyə qalxmaq üçün mənBir cığır istədim ömrüm uzunu.Yorulub yollarda qalsam da bəzənQoy onun heç yerdə olmasın sonu.

Bir cığır istədim... Qoy düşsün yolumDərin dərələrdən, sıldırımlardan.Əgər zülmət olsa sağım və solum,Mən tutub gedərəm ildırımlardan.

Bir cığır istədim... nə dövlət, nə mal,Olmadı dünyada amalım mənim.Nədir asfalt üstə duran bir calal?Boz daşlar, qayalar olsun məskənim!

Keçim o yerdən ki, keçməyib bir kəs,Məni qorxutmayır ölüm də, qan da.Otaqda gül bitər, çinar yetişməz,Batsa da, qoy gəmim batsın tufanda!..

Mənsəb axtarmıram!.. Sevirəm ancaqAğır zəhmətlərin şöhrətini mən!Gəzmirəm əlimdə iti bir bıçaqÖzüm öz dostumu vuram kürəkdən.

Görürsən, adam var, doymayır gözü, –Nə versən, ötürür nəhəng balıq tək!Ancaq özündədir ən şirin sözü,Qeybət torbasıdır köksündə ürək.

Aldığı yalandır, satdığı böhtan,Hər şeyi o qurban verər şöhrətə!Onun ürəyində, sözündə, inan,Nə xalqa hörmət var, nə də sənətə!

Uzaq, bir çirkabdan, qeybətdən uzaq!Quşqonmaz bir cığır istəyirəm mən!Qoy olsun sirdaşım qartallı bir dağ.Baxım bu dünyaya ən uca yerdən!

Baxım insanlara, baxım otlara,Baxım dənizlərə, tər çiçəklərə!Baxım durna süzən ağ buludlara,Baxım başsız gəzən sərt küləklərə!

Dinləyim hər çayın, quşun səsini,Mən yerdə doğuldum, yerə bağlıyam!Dinləyim zamanın xoş nəfəsini,Mən insan adlandım! İnsan oğluyam!

Göylərin dilini elə bilim ki,Bu ay da, ulduz da həmdəmim olsun!Ürəkdən sevinib elə gülüm ki,Qəmsizlik əbədi bir qəmim olsun!

Döyüşdə heç kəsdən ummayım aman,Şərə düşmən olum, xeyrə havadar.Köçümü dünyadan sürdüyüm zamanQoy məndən bir cığır qalsın yadigar!..

Danış, Qara dəniz! Nə deyirsən sən?Dünyadan bir cığır istəyirəm mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets