Günəş, dəniz və insan
Yanıb göy üzündə bir əzəmətləGünəş axşamçağı batdı sularda.İnsan gördü bunu... Baxdı hörmətlə,Qızardı lalə tək bu an sular da!Dəniz yırğalandı üzündə vüqar,Dedi: – Məndə çıxıb, məndə batırsan.Nə olsun günəşsən, böyük adın var,Hər gecə gələrək məndə yatırsan.Mən səndən nəhəngəm!..Günəş dinmədi,Onun sözlərindən heç diksinmədi.Qəlbində yenə də hörmət, ehtiramSöylədi Dənizə o, aram-aram:– Özünü hamıdan qüvvətli sanma.Mənim qabağımda sən lovğalanma.Əzəldən hər kəsdə bir qüvvət olur,Özünə, özgəyə məhəbbət olur.– Səndə də qüvvət var? – Söylədi Dəniz...– Gəl dostum, bu haqda danışmayaq bizMən işıq saçaraq bir an yanmasam,Göylərin üzündə alovlanmasam,İnan ki, dağılıb gedər bu həyat,Sönər başdan-başa böyük kainat!..O zaman dönərsən sən də bir daşa,Eyləməz hüsnünə heç kim tamaşa;Üzməz sularında əsla bir gəmi,Şöhrətin yayılıb gəzməz aləmi;Buz kimi üstünə yığılar duman,Suda balıq olmaz, quruda insan!Dəniz qürrələnib yenə özünəDedi: – İnanmıram sənin sözünə.Bunlar əfsanədir!Ta yaranışdanOlmuş mənim adım dillərdə dastan.Qocaman dağları uçurmuşam mən!Günəş gülümsədi göy ləpələrdən:– Yamanca inadsan!.. Söylədi ona.Sonra da üzünü tutub insanaSoruşdu: – Ey insan! Danış görüm sən,Sən mənim barəmdə nə fikirdəsən!Ümman sahilində dönüb ümmanaİnsan səcdə edib söylədi ona:– Günəş, qadir Günəş! Bu, bir söhbətdir,Hər telin dünyada bir səadətdir!Parla, işıq saçıb parla hər zaman,Sənsiz nə dəniz var, nə də ki, insan!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-gunes-deniz-ve-insan
Use ← → keys to move, R for a random poem