I

Bu gecə şaqşaraq çalxandı dənizSahildə dağlarla döyüşdü sular.Seyr etdik maraqla bu aləmi biz,Və dedik: “Dənizdə böyük qüdrət var!..”

İndi sular olmuş sahilə həmdəm,Tufan bir aləmdir, sükut bir aləm!

II

Mən isə düşündüm sahil uzunu,Çarpışdım həmişə boranla, qarla;Bəs şair necədir? Soruşdum bunu,Soruşdum özümdən bir intizarla.

Alıb pəncəsinə bu kainatıUçanda göylərə qüdrətlə ilham,Birdən dağılarsa əgər büsatı,Onu seyr edərmi, söylə bir adam?!

Yox, mənim ilhamım! Sən enmə yerə,Daim qartal olub ucal göylərə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring