Qurumuş bir dağ çayı...yatağında çınqıl, qum,sahilində çiçəklər...Yayda onu gün vurur,qışda isə hiddətləqamçılayır küləklər...Hanı əvvəlki dövran,mavi sular axaraqqayaları döyərdi?Gündüz günəş, gecə ayyellənərək sulardaona mahnı deyərdi.

Ellər dağa köçəndə,bizim incə gözəllərbəzək verib özünə,qəh-qəh çəkib bu yerdə,bir şirin nemət kimisu çilərdi üzünə.

Gənclər məclis qurardıyaşıl otlar üstündəəllərində qaval, tar.Doymazdılar nəşədən,dillərində sübhədəkŞirin sevgi, nazlı yar...

Bəzən uca dağlarayığılanda duman, çənçaxardı ildırımlar,güclü yağış yağardı...Sel gələrdi qıjhaqıjuçardı sıldırımlar...Mələşərdi quzular,dəyərdi çayda daşlar

bir-birinə çathaçat...Hanı indi o gənclər?İncə gözəllər hanı?Deyin, hanı o həyat?!

Mən baxıram bu çaya...ürəyimdə qövr edirkeçən günün möhnəti.Parçalayır bağrımı:daşın çaya həsrəti,çayın suya həsrəti!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets