– Söylə, ey ildırım, nə üçün sənin
– Söylə, ey ildırım, nə üçün səninOddan, alovdandır bütün bədənin?– Mən odla, alovla çaxmasam, inan,Dağılmaz bu zülmət, uçmaz o duman!– Səndəki qəhqəhə, səndəki gülüş
Elə bil nifrətdən, kindən tökülmüş?– Heç yeri varmı,De, bunsuz döyüşə girmək olarmı?!İnsan da qəzəbi öyrəndi məndən!..
– Çoxmu çaxacaqsan bu göylərdə sən?– Bilmirəm... Nə qədər bu çöl, bu yamac,Yağışa və suya duyur ehtiyac,Nə qədər göylərdə qara bulud var,Bu qatı, zülmət var, qatı sükut var,Onları yandırıb yaxacağam mən,Od töküb göylərdə çaxacağam mən!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-soyle-ey-ildirim-ne-ucun-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.