Dağ başından meh əsdi...Aşdı təpə, keçdi düz,Əsdi arana sarı.Dağda otu dindirdi,Meşədə yarpaqları...– Ey dağ mehi! – dedim, – sən,Səhər-səhər bu sayaqHara əsib gedirsən?Titrədib qanadınıMeh dayandı bu ara,Ürəyində göynədiSanki ağır bir yara.Dedi: – Bizim dağlaraDünən gələndə duman,Qılınc çəkib cəbhəyəGetdi bir gənc qəhrəman.Alışıb döyüşlərdəBir şam kimi söndü o.Sonra orda, aranda,Böyük bir meydançadaTunc heykələ döndü o!

O vaxtdan bu dağlaraHər il gələndə bahar,Əriyəndə düzlərdə,Yamaclarda hər il qar.Çırpıb qanadlarımıMən heykəlin daşına.Dolanıram hər səhərO igidin başına...Açanda qızıl günəşHər gün orda çətriniAparıram mən onaBu dağların ətrini...Unutmayıb çiçəklər,Sərin sular heç onu,Unutmayıb dağlarınO qəhrəman oğlunu!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets