Dostum! Hər insandan məna umma sən
Dostum! Hər insandan məna umma sən:O bir günəşdir ki, yanar ürəkdə!Tufandan-tufana düşsə də bəzənO, sönməz şaxtada, uçmaz küləkdə.
Mənadır məhəbbət! Mənadır həyat!Mənasız bir ömür məzara bənzər.Onun lənət olar qazandığı ad,Qoynunda daima əqrəblər gəzər.
Mənadır bu torpaq, o ulduz, o ay,Mənadır hər gülüş, hər açan çiçək,Mənadır o bulud, axıb gedən çay,Mənadır bu dövran, gözəl gələcək!..
Onunla gül açır hər niyyətimiz,Odur döyüşlərdə bayraqdar bizə,Odur ümidimiz, səadətimiz,Odur qanad verən şeirə, sözə!..
Dünya məna üstdə tutubdur qərar,Hər şey məna ilə bəzənib gülür.Bəşərin əbədi bir qanunu var:Mənasız doğulan, mənasız ölür!
Əlini heç zaman üzmə bəşərdən, –Mənasız yaşama bu dünyada sən!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-dostum-her-insandan-mena-umma-sen
Use ← → keys to move, R for a random poem
More by this author
Səhər də, axşam da işlədi bağban,Verdi çiçəklərə diləklərini.
Atılıb yol üstdə qalan bir daşaAtılıb yol üstdə qalan bir daşa,Canlı həyat verdi bir usta əli.
Doğrunun üstünə qışqırdı oğruDoğrunun üstünə qışqırdı oğru:– Bəs hanı həqiqət, böyük həqiqət?!
Başı qırxılmayıb dağlı başı təkRəsul Həmzətova*Başı qırxılmayıb dağlı başı tək,