Talan olmasın deyə
Talan olmasın deyəElin dövləti-varı –Keşikçilər qoruyurBöyük, kiçik anbarı...
Bağbanlar yay zamanı,Məhsulun gözəl çağıGözləyir oğrulardanBu bağçanı, bu bağı.
Sərhədçilər söyləyir:– Düşmən bilsin həddini!Onlar hər an qoruyurVətənin sərhədini!..
Bəs məhəbbət?Bəs vicdan?Bəs döyünən o ürək,Kim qoruyur de görək?Kim qoruyur ürəyi,Kim qoruyur vicdanıKeçirib süngülərdənHər yalanı, böhtanı?
Sədaqətə, namusaGündə min yol and içən,Amma hər tin başındaBunların üstündən keçənO həyasız adamlarXəncər vurur ürəyə,Ləkə yaxır vicdana.Gülür, rişxənd eləyirZəhmətiylə dolananHər namuslu insana!Bəzən də sənGörürsən,Yenicə qönçələnmişBir ülvi məhəbbəti,Uçurur təpiklərdəBir nankorun, nadanınAmansız xəyanəti.Sadiq, gözəl bir qızınSönür məhəbbət şamı,Qalır gözündə kamı!..
Dostlar, bu gün biz gərəkMisraları, sözləriordu kimi düzərəkQoruyaq hər ürəyi,Qoruyaq hər vicdanı –gəzib keşikçi kimigecə-gündüz hər yanıƏldə sözün qılıncı,qəlbimizdə zamanın,bir də elin qüdrəti –Qoruyaq sədaqətləMüqəddəs məhəbbəti.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-talan-olmasin-deye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,Ey kaş, gəlmiyəydi oruc bu vilayətə.