Şuri-eşqin başıma axırı sövda gətirir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Şuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Tari-zülfündü məni böylə giriftar eləyib,Nə gələ başıma, ol zülfi-mütərra gətirir.
Gül üzün görmək əgər mümkün olaydı bir dəm,Hər zaman görmək onu nuri-mücəlla gətirir.
Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.
Könlümü qarət edir eylə ki, tari-zülfün,Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.
Naqənin varmı şüuru bula aşıq guyin,Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.
Yusifin sanma, dübarə görə Yəqub üzün,Mehr bazarına gör getsə, Züleyxa gətirir.
Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,Natəvan, mücdə bu gün qətlinə fərman gətirir
Kitabxana.az · https://kitabxana.az/en/works/natavan-suri-esqin-basima-axiri-sovda-getirir
Use ← → keys to move, R for a random poem
More by this author
Yanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlümYenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
Poems by other poets · Love
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Ey dili-pursovda, talibi-ƏnqaEy dili-pursovda, talibi-Ənqa,Qafi-eşqdə var əsrari-duşvar.