Yanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.

Güli-ruyün hevasilə çxxar efiakə əfğanxm,Olur bülbül nəvasx gül fəraqü iştiyaqında.

Sənin vəslin xəyaliyle gözü könlüm gezər daimKi, çün Mecnuni-sərgəştə, gezer Leyla sorağında.

Nəhali-qametin zikri mənim virdi-zebanımdır,Demadem naleyi-qumri olur sərvin budağında.

O şirin ləblərin şövqü günü gündən olur əfzun,Əgər Fərhad tək yüz il dolansam hicr dağında.

Hərisəm bəs ki,oI şirinzebanın zikrinə hərdem,Olur xoş nitqli tuti, şəkər olsa dəmağında.

Sənin hicrin odu, Abbas, dəxi, çıxmazki canımdan,Seməndər tək yanar daim anan nari-feraqında.

Uçub şəhbaz tək könlüm, gəzerdi vəsl bağında,Pərü balını sındırdı fələk, bu pir çağında.

Gözümdə tardır dövran, məhü xurşidi-nurefşan,Məhaq içrə olub pünhan, sanasan çərx tağında.

Sirişkim birlə kim, xali deyildir qametin gözdən,Nə tez düşdü təravətdən o sərvin su qırağmda.

Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin,Qalıbdır tirə xak içrə, məzann gün qabağında.

Könüldə həsrətim qaidı, məzann heyf kim, bir dəmSəni ta görmədim xürrəm, oğul, damad otağmda.

Nədəndir intizar ilə, o şəhla göz baxar heyran,Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.

Həmişə zarii dilməhzun, tökər gözdən sirişki-xun,Perişan hal ilə daim, qəmü mehnət bucağında.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan,Rəvan eşki-besər her yan olan gözlər bulağında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation