Rəqib töhməti etdi məni cüda, ey dust
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən,Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!
Kənardan baxaram mən həqir həsrətlə,Bu yaxşı şiyvə deyil, olma bivəfa, ey dust!
Rəqibə xoşdur həmişə, məni kənar etsin,Fəda o himmətinə, olma sən riza, ey dust!
Nə tab hicrinə vardır, nə taqətim səbrə,Bunun əlacı ki, mümkün deyil mana, ey dust!
Sənin bu hüsnünə layiq ki, heyf, əhdin yox,Nə qədər səy elədim, tapmadım dəva, ey dust!
Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm,Görək ki, neyləyəcək axırı qəza, ey dust!
Rəqib görməsin, allah, visali-işrətini,O səpdi tuxmi-fəraqı, görüb rəva, ey dust!
Maqta — the closing couplet bearing the poet’s pen name. Çağırram allahımı hal, Natəvan iləMəgər ki, tez verə həq düşmənə cəza, ey dust!
Kitabxana.az · https://kitabxana.az/en/works/natavan-reqib-tohmeti-etdi-meni-cuda-ey-dust
Use ← → keys to move, R for a random poem
More by this author
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylərKönül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!