Bilin siz
Ziyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.Açılsa zəbanım, söylərəm aşkar,Həqiqətdən dürr kalamı, bilin siz.
Ariflər yığılsın, qılsın tamaşa,Coş edib sinəmdə yanan ataşa.O gündən ki könlüm toxunub daşa,Pozulubdu hər nizamı, bilin siz.
Deməyin ağılsız, kamalsızam mən,Sözlərimdən mətləb qanar dərdbilən.Yad eldə aşığa çox olar gülən,Söyləyər nadandı, namı bilin siz.
İman deyər, bir mövlanın quluyam,Həqiqətdən, mərifətdən doluyam.Bir xudanın qədərindən halıyam,Qərar qoyub sübhü şamı, bilin siz.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-bilin-siz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Ey söz, nola dersəm sənə xürşidi-səmavat,Səndən alıyor nurü ziyayi həmə zərrat.
Rubaiyat, 181بس خون که بدان دو چشم خونخواره کنیبس دل که بدان دو زلف آواره کنی
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,