Nə gördüm yuxuda gizlin, aşikar,Olan sirri-kirdigarı bilmədim.Olmadım gördüyüm işdən xəbərdar,Atəşimdən qeyri karı bilmədim.

Bu necə hökmdür, kani-kəramət!?Eşqə giriftaram, çəkirəm həsrət.Məni məftun etdi sevda, məhəbbət,Ayrı saldı fələk yarı, bilmədim.

Novrəstə İmanam, dilimdə dilək,Qulların imdadı mövlandan gərək.Vahidiləmyəzəl, özün ol kömək,Səndən qeyri ümidvari bilmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation