Gəlməz
Dağılıb başımdan qəm ədaları,Cəhd ilə çalışsam, kamala gəlməz.Pozulub könlümün hər nizamları,Tərk olub şövkəti, cəlala gəlməz.
İçdim yar əlindən mey piyalası,Dolandırır məni eşqin havası.Açılsa qəlbimin qəmli ədası,Sığışmaz aləmə, mahala gəlməz.
İman zikr eyləyər taha yasini,Şəninə oxunan hələtasınıSidq ilə çağırsa qul ağasını,Qəza tapmaz, ona nə bəla gəlməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-gelmez
Use ← → keys to move, R for a random poem