Dəryayi-həyatda bir qala gödüm,Madərə buyruqçu cümlə dəsi var.Minlərlə məxluqat, hamı bir donda,Haram yeməz, hala bir süfrəsi var.

Havaya qalxanda əl-ələ vurar,Bənnasız, kərpicsiz bir bina qurar,"Vay" deyər oturar, "vay" deyər durar,Bilməm kimə tutmuş köhnə yası var.

Onun hər loğması yetsə dahana,Ruhu təzələyər, can verər cana.Görən heyran qalır sirri-sübhana,Novrəs İmanın da iltiması var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets