Dostu-mehribanım, yetiş dadıma,Səndən qeyri yox imdadım, ağlaram.Ah çəkib, dağlara salaram səda,Qohum gəlməz, gülər yadım, ağlaram.

Dəstində Zülfüqar, Düldülə süvar,Məhsəril-əcayib, bir adı Kərrar,Müşkülə düşmüşəm, könlüm intizar,Sən gəlməsən, ey ustadım, ağlaram.

Salma nəzərindən, salma ilahim,Dar gündə köməyim, püştü-pənahım,Ərşə bülənd olub fəryadı-ahım,Abdaldı, Miskindi adım, ağlaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love