Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.“Qırxlar piri” özü düzüb ayağıma atəşi,Alışaram Səməndər tək, narın üzə bilmərəm.

Dərviş gərək bu meydanda qurban olsun baş-başaMürşüdümnən üzüm dönməz, dünya gəlsə baş-başa,Ayaq olan uzaq olsun, yetsin gərək baş-başa,Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets