Ey dili-pursovda, talibi-Ənqa
Ey dili-pursovda, talibi-Ənqa,Qafi-eşqdə var əsrari-duşvar.Məgər kəşf eyləyə ol sirri movla,Yoxsa mumkun dəgil kimsəyə izhar.
Zərrə nə fəhm etsin dəşti-kamuni?Qətrə nə anlasın bəhri-Ceyhuni?Cun necə soyləsun sirri-bicuni?Bəs soylə, kim etsun izhari-əsrar?
Sanma kim, asandır ilfəti, əgərRubadən kəmtərdir andə şiri-nər.Sındırıbdır cox şahinlər şahpər,Həvayi-Ənqayə nəhayətmi var?
Gərci xətərnakdir təriqi-dilbər,Vəhm etmə kim, həmrahindir xeyli ər.Həm rəhnimunindir sədiqi-Kərrar,Həm rəhbərindir Heydəri-Kərrar.
Ey Seyid Nigari, ey dili-sadə,Kuyi-həqiqətə eşqdir cadə.Cəkmə ələm kim, yetərsən muradə,Dutubsan daməni-Əhmədi-Muxtar.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-hemze-nigari-ey-dili-pursovda-talibi-enqa
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.
Eşq zor eyləsə, ey dil sana, məğlub olsanEşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Poems by other poets · Love
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Təcnis: Səhər-səhər günəş pərtov salandaSəhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
Gulshan-i Raz, chapter 49چه خواهد اهل معنی زان عبارتکه سوی چشم و لب دارد اشارت