1. Giriş

Salam, Mirzə Şəfi, salam ey ustad!Şairlər, çinarlar vətəni, salam!Qəlbimi söksə də bu gün fəryad,Mən sizdən alıram yenə də ilham.

Salam, Gəncə çayı! Salam, Hacıkənd!Ey yaşıl meşələr, ey dağlar, salam!Könlüm çoxdan olub bu yerlərə bənd,Ey güllər, çiçəklər, ey bağlar, salam!

Tök öz salxımını, ey söyüd, yerəEy çinar, titrətmə budaqlarını!Təbiət dalanda düşüncələrəÜrəklər dindirər dodaqlarını!..Gəlin yad eləyək Vazehi bir də,Bu qədim Gəncədə – bu doğma yerdə!

Sus, ey uzaqlarda çaxan ildırım,Xatırla bu axşam şairi sən də!Göylərin döşündə açdığın şırımNə hisslər, fikirlər oyadır məndə!

O, şeirə baxmadı bir nazlı yar tək,Söz onun əlində qılınca döndü.Zülmətin bağrını dəldi o şimşək.Ona xor baxanın iqbalı döndü.

Dinə balta çaldı, atdı Quranı,Özünə din bildi daim insanıO müftə qazanıb, müftə yeyənlər,Mənsəbə, şöhrətə şeir deyənlərHər zaman ona bir böhtan atdılar,Vicdanı, namusu pula satdılar!Osa döyəclədi öz zamanını,Gah Gəncə, gah Tiflis oldu məkanı!

Axşamlar dağlardan əsəndə küləkÇinarlar altında o dayandı tək.Qəlbində ölməyən böyük bir amal,Onu uzaqlara apardı xəyal.Saz çaldı, oxudu öz nəğməsini,Daşlar da eşidir şeirin səsini!..Oxudu...İndisə başqadır zaman,Başqadır, bu dünya, başqadır insan.Gəl, Vazeh, gəl, şair! Gəl öpüm səni,Gəl indi seyr eylə, sən bu Gəncəni.

Nə Mirzə Yusif var, nə də axund var,Gəncə başdan-başa olub laləzar!Söylə, kim demişdir: başdan-binadanSən bədbəxt doğuldun bədbəxt, anadan?Yalandır bu söhbət, yalandır bu söz;Dünyanın qəlbinə saldığın o köz

Əsla sönməmişdir!..Sönə də bilməz,Günəş olan yerə qaranlıq gəlməz!..Haqqı, ədaləti tapdayıb keçən,Dünyaya gəlməmiş dünyadan köçənŞairlər az deyil...Sən isə müdamXoşbəxt bir sabahdan almısan ilham.İnsanlıq, ədalət oldu bayrağın,O uzaq illərdən gəlir sorağın!Sən də yoxsulluğun gəl at daşını,Tap öz Hafizəni – can sirdaşını!Bu dünya çıxdıqca yasdan-qaradan,İtmir yaradılan, batmır yaradan!..Gəlin yad eyləyək Vazehi bir də,Bu qədim Gəncədə – bu doğma yerdə!

2. Şair və axund

Kəc baxma, ey axund, kəc baxma mənə,Nədir gözlərində bu qəzəb, bu kin?Mən ki, heç uymadım sizlər deyənəBaşqadır mənim də inandığım din.Demə, Mirzə Şəfi, at şeiri, sazı,Bağla ümidini axirətə sən.Bir zaman solanda ömrünün yazıDüşün, kim tutacaq sənin əlindən?!Söyləmə, ay axund, nədir bu şərab,Nədir gözəllərdə gördüyün bu naz?Ömür dedikləri sonsuz bir əzab,Hər yanda matəmdir, hər tərəfdə yas.Tənhalıq, sükunət deşir bağrımı.Başqa bir aləmə can atıram mən.Şəriət bilmədi mənim ağrımı,Əlimdən yapışan şərabdır hərdən.Alışıb şam kimi sönür ürəyimSənin görmədiyin zülmət içindəBəzən bir xəncərə dönür ürəyimTəriflər dediyin cənnət içində!..Danışma, ey axund!.. Kor olun sizi,Çünki kor etdiniz gözlərimizi!

3. Mirzə Şəfi, Mirzə Yusif və Tacir

Mirzə Yusif

Paho, Mirzə Şəfi!.. Xoş gördük səni,Çoxdandır heç yada salmırsan məni?Gəlmirsən, getmirsən?..

Tacir

Onda adətdirİnsanı çaşdıran addır, şöhrətdir.Şairlik belədir!Gələndə ilham,Ona həmdəm olur Nizami, Xəyyam.Bir də ki, gözəllər!

Mirzə Şəfi

Yox, inanın siz,Həmişə dilimin əzbərisinizSizsiz darıxardım mən bu dünyada,Mümkünmü sizləri salmamaq yada?

Mirzə Yusif

Ah, yenə kinayə, yenə şikayət?!

Mirzə Şəfi

Belə başlanıbdır bizim hekayət,Gərək beləcə də o yetsin sona!

Tacir

Yəni darlıq edir bu Gəncə sana?

Mirzə Şəfi

Gəncə yox, zəmanə! Bu sifət, bu göz,Hər gün eşitdiyim bu tikanlı söz,Mənə darlıq edir... Elədir, bəli,Mənə darlıq edir sizin gülməliBu iyrənc, bu saxta hərəkətiniz,Dünyanın canında bir qurdsunuz siz!..

Mirzə Yusif

Bunu eşitmişik... Söylə görək sənNə vaxt bu sözlərdən əl çəkəcəksən?!Sataşma divana, sataşma bizə,Əgər istəyirsən, gəl kölgəmizəSənə rütbə verək!

Tacir

Sənə pul verək,Hara istəyirsən səni göndərək!Get gəz İstanbulu, get gəz Bağdadı.Düşsün dildən-dilə Gəncənin adı!

Mirzə Yusif

İstəsən Şiraza, Səmərqəndə get!

Tacir

Pul bizim, can sənin!.. Kef çək, kama yet!

Mirzə Şəfi

Sağ olun, xəcalət verdiniz mənə,Səxavət çuvalı açılıb yenə!Belə adamsınız, onda xalqı sizNeçin nadanlıqda məhv edirsiniz?

Çapxana düzəldin... Məktəblər açın...Elmin işığını hər yana saçın!Qoy hamı oxusun!.. Yazıqdır millət,Onu pəncəsində boğur cəhalət!

Tacir

O sənə qalmayıb!.. Sən unut bunu,Bilmirsən millətin nə olduğunu!

Mirzə Şəfi

Mən yaxşı bilirəm! Ac qurd kimi sizOnun var-yoxunu çapıb yediniz.

Mirzə Yusif

Düzələn deyilsən!.. İnan ki, bir günSəni edəcəklər Gəncədən sürgün!..

Mirzə Şəfi

Sizsiz də mən bunu bilirəm özüm,Tükənən deyildir məndəki dözüm!Ölsəm də, qalacaq mənim sənətim,Gəzəcək dillərdə sözüm, söhbətim!..

4. İlk məhəbbət

Bir ağ gülə baxa-baxa yandı Vazeh,Züleyxanı andı Vazeh,Yandı Vazeh!..

İlk məhəbbət... gözəl Gəncə, yaşıl eyvan...Sinəsində, xəyalında daim tufan,O, aylarla bu eyvanı seyrə daldı,Züleyxaya şeir qoşdu, saz da çaldı!Bir gün axşam o, baxanda bu eyvana, –Qız sevinclə bir qızılgül atdı ona.

Güldü onun gözlərində bütün varlıq,Yerə-göyə sığışmadı bəxtiyarlıq!Çox sürmədi bu səadət, bu eşq, aman,Döydü zamanO xan qızı... Bu bir Mirzə...Eh, məhəbbət baxmır sözə!

Bir ağ gülə baxa-baxa yandı VazehZüleyxanı andı Vazeh;Yandı Vazeh!..

5. Şairin vətəni

Hafiz Şirazdandır, mən də Gəncədən –Dedi Mirzə Şəfi bir iftixarla. –Çinarlar altında böyümüşəm mənBurda sirdaş olub qışla, baharla...

Gəncə başdan-başa bağçadır, bağdır,Sübhədək kəsilmir bülbülün səsi!Bir tərəf arandır, bir tərəf dağdır,Gözəldir suların hər təranəsi.Min nemət yetirir bu yerdə torpaq,Qızılgül, yasəmən tutub aləmi,Günəşdən nur əmib açanda zanbaqUnudur ürəyim qüssəni, qəmi.

Bədnuşun ətrindən məst olur insan,Bənövşə kolluqdan çağırır bizi.Bəzən üstümüzü alanda dumanGüllərə açırıq ürəyimizi.

Nizami torpağı bir laləzardır.Bu yerin öz şeiri, öz sözü vardır!At sürüb Göygölə çox çıxmışam mən,Dağlarda çiynimə qonubdur bulud!

Meşələr xəyala dalanda hərdənMəni öz qoynuna alıbdır sükut.

Başımın üstündə süzəndə qartalƏyilib bulaqdan su içmişəm mən.Qəlbimdə, beynimdə dəli bir xəyalO dağdan, dərədən çox keçmişəm mən!

Enişdə, yoxuşda gördüyün hər izDolanıb zirvəyə aparır səni.Quş qanadsız uçmaz, insan məsləksiz.Unutma, ey könül, şair deyəni!

Gecələr dağlarda azsan yolunu,Alışıb göylərdə yanar ildırım.Qorxma, bir palıda dola qolunu,İnan, udmayacaq səni sıldırım.

Bir təmiz ürək var bizim dağlarda,Düşünür insan tək burda dağlar da!

Gələndə ayrılıq, bir bahar günüApardım Göygölü iki gözümdə.Əsla unutmadım vətən mülkünü,Bir pələng qüvvəti duydum özümdə.

Tiflisdə edəndə Kürə tamaşaDuydum Gəncəçayın qıjıltısını.Az qaldı başımda xəyalım çaşa,Andım göy otların xışıltısını.

Elə bil üstümə töküldü bu dəmDağların yağışı, dağların qarı,Vətənsiz gülmədi gözümdə aləm,Andım xan Kəpəzi, andım Qoşqarı.

Gəncə hər sözümə bir qanad oldu,Könlüm Gəncə ilə daim şad oldu!

6. Buz haqqında ballada

Bu gün yenə qar yağır...Yollar, izlər tamam qar.Əllərində kürək, bel,Yığın-yığın adamlarQar kürüyür, sındırırSəkilərin buzunu,Geniş yollar uzunu...

Qar kürüyür adamlar:Olmasın bir fəlakət,Gülsün daim insanaBir xoşbəxtlik, səadət.Bir daxmanın, bir evinQoy çırağı sönməsin,Buz sındıran bir insanÖzü buza dönməsin!

Mirzə Şəfi kənardanSeyrə dalmışdır bunu:Ancaq başqa bir fikirDüşündürür hey onu.Gözündə qan ağlayırOnun yenə bu aləm,Dönüb iti xəncərəÜrəyini deşir qəm,Deyir: – İnsan yorulmurTəbiətlə davada,Bəzən külüng, bəzən bel.Parıldayır havada.Amma başqa bir dərd varUnutmayın siz bunu:Kim qıracaq bilmirəmDaş baxışlı gözlərin,Ürəklərin buzunu?!

7. Çinarlar altında

I

Axşamdır...Şəhərə çöküb qaranlıq,Gəlir minarədən azanın səsi.Yollardan əl-ayaq yığışıb artıq,Susmuşdur quşların xoş təranəsi.

Qoca çinarlar da xəyala dalmış,Yeri də, göyü də qaplayıb sükut.Sanki gözəl şəhər birdən qocalmış.Gəzir göylərində qara bir bulud.

Təkcə şəhər deyil...Diqqətlə bax sən,Zamanın qəlbində bir ağrı vardır.Nədir insanları çeynəyib əzən?Həyat başdan-başa sanki məzardır.

Nə varsa, elə bil tutulub dərdə,Çırpınır ürəklər məngənələrdə!

II

Çıxdı Mirzə Şəfi öz hücrəsindən,Əvvəl çinarlara bir nəzər saldı– Niyə fikirlisən, söylə görüm sən? –Sonra şagirdindən o, xəbər aldı.Şagird dillənmədi...– De, görüm nə var,Nədir qəlbindəki bu çırpıntılar?– Yaman darıxıram! – dedi Fətəli –Sanki boğur məni dövranın əli.Vazeh baxdı ona... Susdu bir ara,Göynədi qəlbində köhnə bir yara.Ona da bəllidir bu qüssə, bu qəm,Dərin bir sükuta dolan bu aləm.Ona da bəllidir bu ağır dövran,Susarmı düşünən, duyan bir insan?!

III

Məsciddən çıxaraq yeriyib qoşa,Bir çinar altında dayandı onlar,Mirzənin zəhməti getmədi boşa,Qaynayır, içində coşur tufanlar.

Sevir Fətəlini o bir övlad təkBütün ümidləri bağlıdır ona.Köksündə sevinclə döyünür ürək:Bir tərlan uçurur o, asimana!

Yarpaqsız, budaqsız olsa bir ağac,Heç yerə, heç kəsə o kölgə salmaz.Qızıldan başına qoyulsa da tac,Ürəyi olmayan ürəkdə qalmaz.

Amma ki, neyləmək.. Neyləmək, heyhat,Başqadır bu dövran, başqadır həyat.

IV

Mirzə Şəfi

Bilirəm dərdini...Bilirəm, oğlum,Mənim də əzəldən belədir yolum:Zülmətdə şam kimi əgər yanmasaq,Bəzən dərya olub çalxalanmasaq,Dağılmaz bu sükut, dəyişməz zaman,Atıb qəm yükünü sevinməz insan.

Fətəli

Çox ağır işdir bu...

Mirzə Şəfi

Ağırdır, bəli,O zəhmət istəyir!.. Amma, Fətəli,Səndəki bu bilik, səndəki kamal,Səndəki o məntiq, qanadlı xəyalDağları tərpədər...

Fətəli

Ah, mənim əmim...İnanın, başımdan aşıbdır qəmim!

Mirzə Şəfi

Əmin nə deyir ki?

Fətəli

Əmim deyir mənAxund olmalıyam.

Mirzə Şəfi

Sən nə dedin, sən?

Fətəli

Mənim çarəm nədir?!

Mirzə Şəfi

Dəhşətə bir bax,Fətəli, Fətəli axund olacaq?!Bəs mənim zəhmətim? Bəs mənim arzum?Bunları başından at getsin, quzum!Sənsiz də az deyil, dünyada onlar,Başı əmmaməli o şarlatanlar!

Fətəli

Şarlatan?!

Mirzə Şəfi

Şarlatan, şarlatan, bəli.Sözlərim gəlsə də sənə gülməli,Bu bir həqiqətdir.

Fətəli

Doğrudanmı, siz,Belə bir əqidə sahibisiniz?İnana bilmirəm!

Mirzə Şəfi

İnan sən buna,Vazehin bu sayaq doğulduğuna!Onlardır qurd kimi dağıdan bizi,Yeyən beynimizi, ürəyimizi.Onlardır namusu, qeyrəti atan,Bir qarın çörəyə milləti satan,Bu məscid, bu azan, bu quran, bu dinİnan, düşmənidir bu yazıq Şərqin!

Fətəli

Sağ olun, ey ustad, sağ olun ki, sizMənim gözlərimə bir nur verdiniz.Daim narahatdım... İndi isə mənQurtardım can üzən o şübhələrdən!

Mirzə Şəfi

Çox yazıq millətdir bizim bu millət,Bildiyi zəhmətdir, gördüyü zillət.Arabir kəndlərə çıxdığım zamanDonur damarımda, ürəyimdə qan.Biz elin qolundan tutmasaq əgər,Yoxsulluq, cəhalət onu məhv edər!Hələ sən bilmirsən qoca Şərq nədir,O ağzı kilidli bir xəzinədir!Günəşli gündüzə qatıb gecəni,Gərək sən açasan o xəzinəni.Gərək qılınc olsun əlində qələm.Səninlə fəxr edib sevinsin aləm!

Fətəli

Əziz müəllimim, nə qədər varamSizə ömrü boyu mən minnətdaram!

Mirzə Şəfi

Bu mənim borcumdur... hələ bu azdır,Gözlərimdə gülən bir güllü yazdır.Nə vaxtdır sinəmdə əmr edir ürək:Mən səni Tiflisə aparam gərək.Ora başqa aləm, başqa diyardır,Orda daha kamil insanlar vardır.Orda Rusiyanı, Avropanı sənTanıyıb daha da yetkinləşərsən!

Fətəli

Əmim buraxarmı?

Mirzə Şəfi

Deyərəm ona,Yetməzmi kor olmaq biz müsəlmana?!O getdi... Dalınca baxdı, Fətəli,Yandı ürəyində ümid məşəli.Ah, onu gözləyir bir şöhrət, bir ad,Döyüşlər meydanı böyük bir həyat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets