Tökül, ey dağ çayı, uç qayalarda!
Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.Tökül, ey dağ çayı! Olsam da hardaDaima səsini qoy dinləyim mən.
Tökül, ey dağ çayı, uç qayalarda!Həyat ver otlara, bu çiçəklərə.Qoyma bir insanı, bir dostu darda, –Çilə öz suyunu sən ürəklərə!
Tökül, ey dağ çayı, uç qayalarda!Baxım şırıltına durub bu yerdə,Könül sızlamasın qoy intizarda, –Gələnlər, gəlməyir dünyaya bir də!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-tokul-ey-dag-cayi-uc-qayalarda
Use ← → keys to move, R for a random poem
More by this author
Güllü, çiçəkli bir bağça. Bağçanın ortasında gümüş fəvvarəli bir hovuz vardır. Səhərdir. Kəniz qız həzin bir nəğmə oxuyur. Hovuzun kənarında Kosa və Sofi Həsən söhbət edirlər.*Kəniz Qızın Nəğməsi**
Vııı şəkilSıldırım dağlar arasında bir düzənlik. Axşam üstüdür. Dar ağacı qurulmuşdur. Dar ağacının yanında iki məzarçı bir məzar qazır. İş qurtarmaq üzrədir. İkinci və üçüncü saray əsgərləri gəlirlər.*İkinci Əsgər**
Ata və oğulAtam mənim papaqçıydı...Varı-yoxu bir qəlibdi,
Şair olmaq istədim mən...Şair olmaq istədim mən...Əynimdə boz, köhnə şinel,
Poems by other poets · Nature and spring
Əsfa, ey odibi-pakzomir,Daim oldum qəyu dəfnə qərid.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Amali-tərəqqiHəqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,