Həqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,Əsasi-fikrimiz tə’mini-istiqbali-millətdir,Ürəkdə bəslənən amalımız iqbali-millətdir,Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.-Olubdur dağdari-qəm vətən nari-cəhalətdən,Sönüb, nuri-maarif tündbadi-cəhlü qəflətdən,Yox asari-səadət, dop-dolu xari-şəqavətdən,Vətən gülzarı xar olmuş yədi-ərbabi-şərrətdən,Bizim məqsudimiz islahi-hali adəmiyyətdir.-Vətənpiraydir bir qönçeyi-növxizi-ruhani,Soluq baği-həyatə tabbəxş olmaqda ürfani,Füyuzatilə ehya etmək istər baği-vicdani,Nəsimi etmədə təhziz hissiyyati-insani,Rəvayihbəxşü bəhcətzayi-gülşənzari-millətdir.Cahanə gəlmədən məqsud təhsili-məanidir,Məani baisi-neyli-həyati-cavidanidir,Məani şəhrə-insaniyyətə üssül-məbanidir,Məanipərvər olmaq bizcə əqsayi-əmanidir.Ən istəkli əməlmiz irtiqayi-mülki-millətdir.Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,Həqiqətlə edər növ’i bəşər təhsili-hürriyyət,Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,Həqiqətbin olanlar vasili-fövzü hidayətdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love