Yanağında:suların, ulduzların gümüşü,Dodağında:mehriban körpələrin gülüşü,Dedin:– Mənə şeir yaz...Qulaq asdım sözünə,Baxdım qara gözünə.Göllərimin sonasıUşağımın anasıSənNə gözəlsən!Mən əzəldən meylimiBaşqasına salmadım,Başqasının sazındaMən heç nəğmə çalmadım!Mən sənin ürəyindəDuydum bir saf məhəbbət,Sözlərində haqq gördüm;Qollarında dəyanət!Yox, sevməzdim mən səni,Getdiyimiz axındaOlmasaydın hər zamanBizim aramızda sən;Ən qorxulu,Ən ağırhəyat döyüşlərində.Getməsəydin qabaqda,Olmasaydın bizimlə.Bizim sıramızda sən!Dedin: – Mənə şeir yaz...Qulaq asdım sözünə,Baxdım qara gözünə.Göllərimin sonası,Uşağımın anası,SənNə gözəlsən!Dedin: – Mənə şeir yaz...Tutdum bu gün əlindən,Seyrə çıxdım yenə mən.Bu sevimli şəhəri:Sularda min bir işıq;Küçələrdən, evlərdənGöz vurdu, güldü bizə,Nur tökdü üstümüzə.Sənin, mənimVə bizim əlimizlə yaranmışƏn gözəl bir yaraşıq!..Sən yoldaşsan,Sən insansan,Sən anasan;Bizə qədər doğulmuşVə indi də doğulan,Hətta sabah doğulubBu dünyaya gələcəkƏn bəxtiyarƏn qadirİnsanların anası;Hər vaxt sənsən, əzizim,Yer üzünün mənası!Ən böyük həqiqətsən,Sən nemətlər yetirənƏn şirin bir nemətsən!Dedin: – Mənə şeir yaz...Qulaq asdım sözünə,

Baxdım qara gözünə.Göllərimin sonası,Uşağımın anası,SənNə gözəlsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets