Üzü sənə yaşayıram
Çaylar üzü dənizə boy atır,Çiçəklər üzü günəşə.Üzü sənə yaşayıram həmişə.Gecələr yuxuma dolursan,Gündüzlər qorxuma,Mən səni axtarmıramTale çıxarır qabağıma.Hər şey sənə bağlıdır –Hətta dərd-sər, intizar,
Qəm nədir ki, onda daCanlı bir heykəlin var.Ən uzaq qürbətlərinbuz kimi daşı belə,Dənizlərin dalğası,göylərin quşu belə –Sirli, gözəgörünməzbir simlə sənə bağlı.Yaşayıram dünyadaürəyimin ağrısı,gözümün işığıyla,ümidimlə, dərdimlə,hissimlə sənə bağlı.
... Torpaq üzü göylərə yaşayır,üzü göyə, Allaha...Mən də adi torpağam!Üzü sənəyəm hər an,üzü sənə-həsrətə,üzü qəmə, möhnətə.Üzü cavabsız sözə,boşluğa, itkilərə!Səni əlimdən alanişıqsız bir səhərə!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-uzu-sene-yasayiram
Use ← → keys to move, R for a random poem
More by this author
Bu bağda çiçəklər açardı,Yerinə şəhid məzarları əkilib.
Mən demədimXalqın ürək yanğıları daş əridir,Dağ oynadır könlündəki ağrı-acı,
Siz nə umursunuz bu gedişatdanBizi qananlardan bizi danan çox,Xırda oyunlarda xırdalanan çox,
Təbrizlə görüşBu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,
Poems by other poets
Keçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Khosrow and Shirin, chapter 96دگر ره گفت ما اینجا چراییمکجا خواهیم رفتن وز کجاییم
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Könlümü bağlamışam zülfünə, ey laləüzarKönlümü bağlamışam zülfünə, ey laləüzar,Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar,