Keçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.Sayil olub küçə-küçə gəzmişəm,Dərddən bağlamışam başa qara mən.

Piyalalar məclisində sağıdı,Səbəb nədi hər kəs bizə yağıdı,Beş barmağım bal eyləsəm ağıdı,Gen dünyada düşdüm nə pis dara mən.

Məhəmmədəm, işim yoxdu hər işdə,Çərxi-fələk verməz mənə səriştə,Dilbər hər gün səfalarda, gülüşdə,Yanar oldum bu dünyada nara mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate