A qızım, gülüşün necə təmizdi,bu necə tilsimdi, bu necə ovsun?Ananın taleyi qıza cehizdi,qoy sənin cehizin səadət olsun.

Qızlar atasının anası olur,qadınsız qalanda ata dünyada.Bəlkə ömrümüzün mənası budur, –bəxtin töhfəsidir bu da dünyada.

Mən haqq şairiyəm, sözüm də haqdı,qoy deyim, dilimə bir Ayə gəlib:Abdulla, Gülarə nə qədər pakdı,sənin paklığındı, dünyaya gəlib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate