Günəşli, ulduzlu, aylı yer kürəm!üzündə işıq var, üzümə düşüb.Hayana baxıram, səni görürəm,gözlərin eynəkdi, gözümə düşüb.

Yerdə göyərərsən, yerə atsalar,suda içilərsən, suya qatsalar.Dalınca yüyürüb sənə çatsalar,kimdisə, o mənim izimə düşüb.

Solmayan gül gördüm – yanaqlarındı,ovcumda təsbeh var – barmaqlarındı,Bir beşik tapmışam – qucaqlarındı,ilk dəfə öz haqqım özümə düşüb.

5 may 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets