Qoluma baş qoyub beləcə uzan,oyansın içimdə yatan duyğular.Belə xanım-xatın, belə mehriban,nənəni təzədən dünyaya qaytar.

O bəlkə hardasa indi oyanır,bəlkə ruhlarınız görüşür belə?İçimdən bayıra günəş boylanır,yer altdan yer üstə nur düşür belə.

Qaytar itənləri sən bir anlığa,ilahi baxışa, duyğuya əhsən.(Qadında gördüyün ərkyanalığaqəbahət söyləmə, duya bilməsən).

İnsana səadət verir o varlıq,sirli təbiət tək açır qoynunu.Nədir yer üzündə əmin-amanlıq, –bir qadın qoynunda gördüm mən onu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets